08.09.2024

Rus «silahlılarının» erməni qorumaqlığının heykəli

Noyabrın 10-da Rusiya hərbi şəhərciyinin ərazisində Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa daxil olmasının birinci ildönümü şərəfinə sülhməramlıya ucaldılmış abidənin açılışı olub.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.

Bürüncdən tökülmüş abidədə tam döyüş sursatı olan, çiynində Kalaşnikov avtomatı olan, ona gül buketi verən kövrək qızı qucaqlayan sülhməramlı təsvir edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: