TƏBRİK: AĞAYEV RƏŞAD HACIRZA ÖĞLU — 45
AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Ağayev Rəşad Hacırza oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrık edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ağayev Rəşad Hacırza Oğlu 03 noyabr Masallı rayonun Mahmudavar kəndində anadan olub.
O, Masallı rayon Mahmudavar kənd tam orta məktəbini, 1998- ci ildə Naxçıvan Dölət Ünverstetinin İqtisadiyyat hüqüqunu tənzimləyən fakültəni, 1999- cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən məktəbi bitirib.
EhtiYyada olan mayor Rəşad Hacırza Oğlu 1998- ci ilin iyul ayından 2020- ci ilin dekabr ayının sonunadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Hacıqabul, Nərimanov, Xətai rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə müdddətli həqqi hərbi xidmətdə atıcı, manqa komandiri , döyuş hazırlığı bölməsində çertyojçu, taqim komandiri, komendant böluk komandirinin müavini, silah xidməti rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerınə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cu dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə 10 iliyi, 90 iliyi, 95 illiyi və 100 iliyi yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞAD BƏY!
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!..
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev