03.12.2024

Quantanamo məhbusu ABŞ kəşfiyyatının sorğulama üsulları barədə danışıb

Eastnews.org-un verdiyi xəbərə görə, Amerikanın Quantanamo həbsxanasında «Əl-Qaidə» terror qruplaşmasına yardım etməkdə ittiham olunan məhbus ilk dəfə olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)  sorğu-sual zamanı istifadə etdiyi üsullardan danışıb.  

Bu barədə «The Associated Press» məhkəmə iclasından videoya istinadən xəbər verib.   Məcid Xan müharibə cinayətlərinə görə məhkum edilməsini nəzərdən keçirən heyətə bildirib ki, MKİ-nin gizli obyektlərində müstəntiqlər tərəfindən alçaldılaraq təhqir olunub.   Xanın dediyinə görə, o, bir neçə gün çılpaq halda tavanın dirəyindən asılıb, yuxuya getməsinin qarşısını alınıb, buzlu su ilə isladılıb, ac qalıb, döyülüb, zorlanıb.  

Bütün bunlar harada olduğu açıqlanmayan müxtəlif xarici həbsxanalarda baş verib.   Agentliyin məlumatına görə, Quantanamodakı «xüsusi əhəmiyyətə malik məhbus» ilk dəfə idi ki, məhkəmə qarşısında «gücləndirilmiş dindirmə» adlandırılan sistem haqqında danışmaq imkanı əldə edib.   Agentliyin məlumatına görə, Xan «Əl-Qaidə» kuryeri olduğunu etiraf edib  və heç vaxt baş tutmayan bir neçə sui-qəsdin planlaşdırılmasında iştirak edib.  

2012-ci ildə o, terrorçulara sövdələşmədə və maddi yardım ittihamları üzrə özünü təqsirli bilib, həmçinin 2001-ci il «11 Sentyabr» hücumuna maddi-texniki dəstək verməkdə ittiham olunan beş məhbusun əleyhinə olmaqla, bir neçə məsələdə də istintaqla əməkdaşlığa razılaşıb.

Mənbə: The Associated Press

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: