22.11.2024

AVMVİB İdarə Heyəti toplantı keçirdi

AVMVİB İdarə Heyəti tam tərkibdə toplantı keçirdi. Toplantı şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və himnimizin səsləndirilməsi ilə ənənəvi olaraq öz işinə başladı.

Toplantını açıq elan edən AVMVİB səri Füzuli Rzaquliyev bildirdi ki, təşkilatın 25 illiyinin qeyd edilməsi gününü müəyyən etmək üçün toplanmışıq. Tədbirin bütün nüansları barədə bir sıra təklifləri müzakirə edib qəbul etməliyik. Bu ttədbir 25 illik fəaliyyətimizlə bağlı cəmiyyətə bir mesaj olmalıdır. Ona görə də hər birinizi müzakkirələrdə fəal olmağa səsləyirəm.

Çıxış üçün söz alan AVMVİB sədrinin I müavini Kamil Şirinov tədbirin keçirilməsi baxımından Bakı şəhərinin seçilməsi təklifini dəstəklədiyini əsaslandırdı. Qeyri rayon şöbələrindən tədbirə qatılacaq nümayəndələrin Bakıya gəliş məsrəfləri daha az olar. K. Şirinov bu günədək təşkilatın 25 illiyi ilə ölkədə fəaliyyət göstərən strukturların maraqlanmaması acı təəssüf doğurur. Biz bu işin də öhdəsindən layiqincə gələcəyimizə inanıram.

AVMVİB sədrinin təşkilat üzrə müavini Vahid Abdurəhmanov öz çıxışında tədbirlə bağlı bir sıra məsələlərə toxundu. Bu işdə rayon şöbə sədrlərinin yaxından iştirak etmələrini və bu məqsədlə 6 sentyabrda Bakı, Sumqayıt və bu şəhərlərdə yerləşən məcburi köçkün rayon şöbə sədrlərinin birgə yığıncağını keçirməyi planlaşdırdığını söylədi. O, hər kəsi tədbirin layiqincə keçirilməsi üçün el birliyi ilə qısa vaxtda çalışmasının vacibliyini vurğuladı.

AVMVİB sədrinin müavini Qurban Osmanov da öz çıxışında əsrin 4-də 1-ini adlamış AVMVİB-nin yubileyi döyüşçülərimizin hər birinin ürəyincə olmalıdır. 14 sentyabr tarixi bir günün ərəfəsidir. 15 sentyabr Bakının azad edilməsi ərəfəsində belə bir tədbirin keçirilməsi yerinə düşür.

AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu da 25 yaşlı bir təşkilata layiq bir tədbirin keçirilməsi üçün bir daha bütün təşkilatlara müraciət edilməlidir. Öz imkanlarımızla lazım olan pressrealiz, qısa video xülasə, plakat və s. təbliğat materialları işlənməkdədir. İnanırıq ki, AVMVİB bu tədbiri də yüksək səviyyədə qeyd etməyi bacaracaqdır.

AVMVİB sədri Füzuli Rzaquliyev müzakirələrə yekun vurartaq tədbirin 14 sentyabr 2019-cu ildə Fəxri Xiyabanın və Şəhidlər Xiyabanının ziyarətiylə başlanacağını bildirdi. Dəvətlilərin siyahısının hazırlanmasını İdarə Heyəti üzvlərinə tapşırdı.

AVMVİB Mətbuat Xidməti
Fedai.az, Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: