21.11.2024

Özbəkistanda Prezident seçkiləri başlayıb

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə üçün seçki məntəqələri yerli vaxtla 08.00-da açılıb.

Verilən məlumatına görə, seçki məntəqələri saat 20.00-dək işləyəcək.

Seçkidə ölkədə rəsmi fəaliyyət göstərən beş siyasi partiyanın namizədi mübarizə aparır.

Ekspertlərin fikrincə, seçkilərdə qələbəyə daha yaxın namizədliyi Özbəkistanın Liberal Demokrat Partiyasından irəli sürülmüş hazırkı prezident, 64 yaşlı Şavkat Mirziyoyev olaraq qalır.

Digər namizədlər — Ekoloji Partiyanın sədri, 46 yaşlı Narzullo Oblomuradov, Xalq Demokrat Partiyasının sədr müavini, 60 yaşlı Maksuda Varisova, “Ədalət” Partiyasının lideri, 62 yaşlı Bəhrom Abduxəlimov və “Milli Dirçəliş” Demokrat Partiyasının namizədi, partiyanın sədri, 46 yaşlı Əlişir Kadırovdur.

***

Bu gün Özbəkistanda Daşkənd vaxtı ilə saat 08:00-dan 20:00-dək Prezident seçkiləri keçiriləcək.

Bu, ölkəni 1989-cu ildən bəri idarə edən əvvəlki prezident İslam Kərimovun ölümündən sonra ilk dəfə dövlət başçısı seçkiləri olacaq.

2016-cı ildə növbədənkənar seçkilərdə böyük fərqlə qalib gələn respublikanın hazırkı başçısı Şavkat Mirziyoyev də daxil olmaqla seçkilərdə 5 namizəd gücünü sınayacaq.

Ölkədə pandemiyadan sonra keçirilən ilk səsvermədə 9925 seçki məntəqəsi yaradılıb.

Mərkəzi Seçki Komissiyası təxminən 19,9 milyon nəfərin adını Vahid Elektron Seçici Siyahısına daxil edib.

Qeyd edək ki, Özbəkistanda exit-poll keçirmək qadağandır və MSK-nın ilkin nəticələri ilə bağlı ilk məlumat bazar ertəsi səhər veriləcək. MSK yekun nəticəni oktyabrın 31-dək açıqlayacaq.

Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq vəzifəyə başlamalıdır, lakin ənənəvi olaraq andiçmə mərasimi seçkidən ən geci iki həftə sonra keçirilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: