04.12.2024

Müdafiə Nazirliyi jurnalistləri Hadruta aparıb

Müdafiə Nazirliyi tərəfindən Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Füzuli şəhərinə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil edilib.


Nazirlikdən verilən məlumata görə, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.


Hərbi qulluqçular Hadrut və Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: