04.12.2024

Qafan-Gorus yolunda daha bir QADAĞA

Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub.

Bu haqda “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır.

Məlumatla bağlı dünən erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışıb:

“Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Dünən Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və artıq keçməyimə icazə vermədilər. Nəticədə 1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum”.

Mənbə: Yenisabah

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: