18.04.2025

MN Baş Qərargah rəisi Kərim Vəliyev veteranlarla görüşüb

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvləri Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Azərbaycan Müdafiə nazirinin birinci müavini Kərim Vəliyevlə görüşüblər.

Müharibə veteranları general — leytenant Kərim Vəliyevə qazanılmış Zəfərə görə öz minnətdarlıqlarını çatdırıb və bu müqəddəs yolda şəhid olmuş döyüşçüləri daim rəhmətlə andıqlarını bildirmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: