28.04.2025

«Atalar və oğullar»ın anonsu

Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş “Atalar və oğullar” adlı sənədli filmin anonsu hazırlanıb.

Bu barədə Kult.az-a filmin ssenari müəllifi Afaq Əhmədova məlumat verib.

«Filmin anonsu artıq hazırdır. Film 30 sentyabr, saat 21:00-da Azərbaycan Televiziyasının efirində yayımlanacaq», — A.Əhmədova deyib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elnur Məmmədov, quruluşçu operatoru Cavid Əliyev, operatorları Seymur İsmayılov və Kamran Soduyevdir. Sənədli film Vətən müharibəsində iştirak etmiş 9 qəhrəmanın döyüş yolundan bəhs edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: