22.11.2024

TƏBRİK: HÜSEYNOV SALMAN BƏHRAM OĞLU — 56

 AVMVİB Rəhbərliyi və Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Hüseynov Salman  Bəhram  oğlunu doğum günü munasbetile təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     O, 1973-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində birinci sinifə getmiş və 1983- cü ıldə həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən  sonra təhsilini artırmaq ücün o,  Kemrova Vilyatinin Kemorovo şəhərində   Ali Hərbi Rabitəçi məktəbinə daxil olmuş, 1987- ci ildə həmin məktəbi bitirmişdir.

      Polkovnik- leytenant Hüseynov Salman Bəhram oğlu 10 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının  Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur.

     Ehtiyyatda olan polkovnik leytenant Salman Hüseynov 1987- ci ilin iyul ayından, 1992-ci ilin iyun ayina kimi  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Celiyabinski vilayətində  və Qazaxıstan Respublikasının Quriyev şəhərində yerləşən hərbi hissələrində taqım və böluk komandiri, tabor komandirinin  müavini və rabitə xidmətinin rəisi vəzifələrində olmuşdur.

      O, 1992-ci ilin ıyul ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Ağdam rayonunun döyuş bölgəsində yerləşən hərbi hissədə rabitə xidmətinin rəisi, 1993 — cü ilin yanvar ayindan — 2004- cü ilin dekabr  ayına   kimi  Daxili Qoşunların Baş İdarəsinin  Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissə komandirinin birinci müavini, Daxili Qoşunların Baş İdarəsinin Qərgahında isə Rabitə şöbəsinin rəisi vəzifələrində  xidmət etmişdir.

     Müharibə Veteranı Salman Bəhram oğlu Hüseynov 2005-ci ildən 2017-ci ilə kimi Rabitə və İnformasiya texnologiyaları nazirliyinin  Dövlət radiotezliklər idarəsinində dövlət komissiyasının katibi,  2017- ci ildən isə hal- hazırki dövrə kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət radiotezliklər  idarəsinində mühəndis vəzifəsində işləyir.

     Hüseynov Salman  2006- cı ilin aprel ayından Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının üzvüdür.  Rabitə və İnformasiya Texnologiyaları Nazirinin  02 dekabr 2011- ci il tarixli  218 saylı əmri  ilə ona,   «Fəxri Rabitə Ustası» adı verilib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə bir cox ölkələrdə işgüzar səfərdə  olub.

     Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant  Salman Hüseynov Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hissəyə və Daxili Qoşunların Baş İdarəsinin rabitə şöbəsinə həvalə edilmis vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, mühum dövlət obyektlərin mühafizəsiində, xüsusi yüklərin daşınmasında və mühafizəsində,hərbı hissənin ərazisinə  soxulmuş və hüqüq mühafizə orqanlarının  inzibati binalarına basqın etmiş şəxslərin axtarışında və zərərləşdirilməsində,islah- əmək müəssisələrində,şəhərlərdə və digər yaşayış məntəqələrində kütləvi ixtişaşların qarşlsının alınmasında,  ictimai təhlükəsizliyin qorunmasnda və  təmin edilməsində ,hadisələr, yanğınlar,təbii fəlakətlər,Fövqalədə  hallar zamanı  hüquqi rejimin təmin edilməsində eləcədə Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda rabitə xidmətinin təşkilinə aid üzərinə düsən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    Hüseynov Salman Bəhram oğlu peşəkarlığı və humanistliyi ilə, nəzəri və  praktiki biliyi ilə,işgüzarlığı və mənəvi keyfiyyətilə  secilən ən məhsuldar dövrünün 38 illk şərəfli xidmət yolunun  iyrimi bir ilini hərbi xidmətdə kecirib,  on yeddi ilini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət radiotezliklər İdarəsinində keçirib.

  O, Daxili Qoşunların Baş İdarəsində  Rabitə şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş idarəsində və hərbi  hissələrində , Qoşunların Dayaq rabitə qovşağında,  Təlim- tədris mərkəzində rabitə xidmətinin təşkili üzrə müasir tələblərə uyğun Əsasnamələrin, Əmrlərin, Təlimatların, lazımi Təminat normalarının, formalaşdırılmış sənədlərin ,metodiki vəsaitlərin, direktivlərin  hazırlanmasında, Rabitə hazırlığı üzrə isə Daxili Qoşunların Baş idarəsində zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, hərbi hissə komandiri və onların  müavinləri ilə, hərbi hissələrin rabitə xidmət rəisləri ilə (Rabitə üzrə kiçik mütəxəssislərlə) məşğələlərin, məşqlərin,nümunəvi göstərici xüsusi- taktiki təlimlərin, metodiki təlim toplanışlarının keyfiyyətlə keçirilməsidə  onun böyük rolu və zəhməti olmuşdur.

      Salman Hüseynov  hərbi hissələrdə və əlahiddə bömələrdə  təftiş, yekun yoxlama,eləcədə tədris müddətini başa vurmuş  cavuşlardan və kiçik mütəxəssislərdən buraxılış imtahanlarının qəbul edilməsi  komissiyaların, hərbi hisə və bölmələrdə isə kecirlən kompleks və məqsədli qrupların üzvü olduğü müddətdə  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

      O, Azərbaycanın Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Döyüş hazırlığı  və Rabitə xidməti üzrə

Əsanamələrin, Təlimatların, Direktivlərin  tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur.

     O, xidmətdə fəriqləndiyinə görə SSRİ Ali Soveti  və Azərbaycan Respublikasının Prezidenti adından  Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə bir sıra medallarla təltif edilmişdir.

    Müharibə Veteranı ehtiyyatda olan polkovnik leytenant Salman Hüseynov xidmətdə fəriqləndiyinə görə o,  SSRI Ali  Soveti  və Azərbaycan Respublikasının  Prezidenti adından  Daxili İşlər Nazirin müvafiq əmrləri ilə bir sıra medallarla təltif edilmiş, Daxili Qoşunlarda əla xidmətinə görə isə döş və yubley  nisanları ilə ,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hediyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.

HÖRMƏTLİ SALMAN BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KECİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: