TƏBRİK: ABDULLAYEV DÜNYAMİN HACIBALA OĞLU-45
AVMVİB Rəhbərliyi Fədai az. kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor Abdullayev Dünyamin Hacıbala oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir ,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və üzün ömür arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyyatda olan mayor Abdullayev Dünyamin Hacıbala oğlu 02 sentyabr 1976 -cı ildə Qax rayonunun Lələli kəndində anadan olub.
O, 1983 -cü ildə Qax rayonunun Lələli kəndində birinci sinifə getmiş, 1993- cü ildə həmin məktəbi bitirmişdir.
Abdullayev Dünyamin Hacıbala oğlu 1993 — cü ildə Baki Alı Birləşmiş komandirlik məktəbinə ( indiki Heydər Əliyev Adına Azərbaycan Alı Hərbi məktəbinə) daxil olmuş, 1997-ci ildə həmin məktəbi bitirdikdən sonra Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən zabitlərin ixtisas artırma kursunda bir ay təhsil almışdır.
O,1997-ci ildən 2006- ci ilin son ayınadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinin Zaqatala rayonunda və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, tabor qərargahnin rəisi, tabor komandiri və hərbı hissənin kəşfiyyat xidmətinin rəisi vəzifələrində xidmət edib .O, » Hərbi xidmətkeçmə haqqında «əsasnamənin 156- cı maddəsinin V-bəndinə əsasən (Xəstəliyinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinindən ehtiyyata buraxılıb.
Ehtiyyatda olan mayor Dünyamin Abdullayev Peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 13 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirərək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Dünyamin Abdullayev Azərbaycan Respublikası Konstitusiyasına, və qanunlarına, hərbi andın, hərbi nizamnəmələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa mübarizədə, terrorculuğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz dəstələrin zərərsizləşdirilməsində Ehtiyyatda olan mayor Dünyamin ABDULLAYEV üzərinə düşən vəzifə borclarını məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində hərbi hisənin zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla,çavuş və əsgərlə komandir,döyüş və ictimai sıyası hazırlığı üzrə məşğələlərin və məşqlərin,xüsusi taktiki və nümunəvi göstərici təlimlərin keçirilməsi istiqamətində üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Ehtiyyatda olan mayor Abdullayev Dünyamin Hacıbala oğlu Xidmətdə fəriqləndiyinə görə o, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı ali hərbi məktəb rəisinin, xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə bir sira medallarla, əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, DÜNYAMİN BƏY!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!..
ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev