Şəhidin ad günü məzarı başında qeyd olunub
Biləsuvar rayonunda müharibə veteranları 44 günlük Vətən müharibəsində şəhid olmuş Nihad Babayevin ad gününü onun məzarı başında qeyd ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat yayıb.
O, bildirib ki, Vətən müharibəsi qəhrəmanı Nihad Babayevin şəhadətdə ilk ad günü qeyd edilib. Şəhidlərin ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli