AVMVİB-də görüş keçirildi — FOTO
AVMVİB — nin 25 illiyi günü AVMVİB-nin fəxri üzvü DİN general-mayoru Kamil Məmmədov, Xətai rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Rafiq Quliyev təşkilata təşrif buyurdular.
Xatırladaq ki, təşrif buyuran qonaqların hər ikisi müharibə iştirakçılarıdır. Onlar təşkilatın Mərkəzi Qərargahının ciddi təmirə ehtiyac olduğunu və bu işdı yardımçı olmağa çalışacaqlarını bildirdilər. Xətai rayon İcra Hakimiyyəti Başçısı vəzifəəsini müvəqqəti icra edən Rafiq Quliyev bildirdi ki, Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci Vitse Prezident xanım Mehriban Əliyevanın müharibə iştirakçılarına və şəhid ailələrinə daim qayğı göstərməsi hər birimiz üçün bir örnəkdir.
AVMVİB-nin hər zaman yanında olan polis generalı, daxili işlər nazirinin sabiq müavini, daxili işlər orqanlarının “Əməkdar işçisi” Kamil Məmmədov da veteranları təşkilatın 25 illiyi münasibətiylə təbrik etdi.
AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, qonaqlara göstərdikləri bu diqqət və qayğıya görə öz minnətdarılıqlarını bildirdilər. Hər iki şəxsin müharibə veteranlarına olan diqqət və qayğıdan bəhs etdilər.
Görüşdə tezliklə, Mərkəzi Qərargahın standartlara uyğun şəkildə təmir edilməsi qərara alındı.
AVMVİB Mətbuat Xidməti