Mərhum general-leytenant Valeh Bərşadlınin AD GÜNÜDÜR

1927-ci il avqustun 6-da Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir.
14 yaşında könüllü hərbi xidmətə getmiş, 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriya Məktəbi) bitirmişdir.
50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır.

Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur.
1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
O, həmişə deyərdi ki, Azərbaycanın ən çox çatışmayan cəhətlərindən biri istənilən sahə mütəxəssisinin öz sahəsində deyil, başqa sahədə çalışmasıdır.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabandadı.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Leyla Həsənova