AVMVİB sədrinin I müavini torpağa tapşırıldı
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinovu amansız koronavirus sıralarımızdan ayırdı.
Bu gün Kamil Şirinov doğulduğu İmişli şəhərində canı qədər sevdiyi torpağa tapşırılıb.
Dəfndə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, rayon şöbələrinin sədrləri, mərhumun döyüş dostları və yaxınları iştirak ediblər.
Kamil Şirinovun məzarı başında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev, Kamil Şirinovun keçdiyi şərəfli ömür yolundan söz açıb. Ümumiyyətlə, mənsub olduğu ailə üzvlərinin Vətən uğrunda döyüşlərdə yaxından iştirak etdiklərini qeyd eləyib. Onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını və heç zaman unudulmayacağını vurğulayıb. O, vətən sevər, el-obasına bağlı bir döyüşçü kimi əbədiyyətə yolçu oldu. Bu ağır itkini qəbul etmək çətindir. İnana bilmirik.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
Başın sağ olsun, Vətən!
AVMVİB Mətbuat Xidməti