Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini vəfat etdi

Nə qədər ağır olsa da və bu acı xəbərə inanmasaq da Kamil Şirinov 57 yaşında sıralarımızı tərk etdi. Döyüş və ictimai həyatdakı dostlarına vida etdi. Amansız koronavirus daha bir veteranımızın həyatına nöqtə qoydu.

Nə qədər ağır olsa da, bildiririk ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, rayon şöbələrinin üzvləri və Fedai.az kollektivi adından Kamil Şirinovun yaxınlarına, Şirinovlar ailəsinə bu acı xəbərdən kədərləndiklərini bildirir və dəri hüznlə başsağlığı verirlər.
Başın sağ olsun, Vətən!
Məkanın cənnət olsun!
AVMVİB Mətbuat Xidməti
