Moskvada QAPALI Şoyqu Karapetyan GÖRÜŞÜ
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyanla görüşüb.
Bu barədə «İnterfaks» hərbi-diplomatik mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Karapetyan iyulun 27-də səhər saatlarında Moskvaya gedib.
«Danışıqlar qapalı keçirilib. Bu səbəbdən mövzuları və təfərrüatları hələ məlum deyil», — mənbə vurğulayıb.
Qeyd olunur ki, dünən tərəflər arasında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına həsr olunmuş telefon danışığı olub.