27.07.2024

Əliyev bundan məharətlə istifadə etdi — İsgəndəryan

Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə bitdi. Noyabr ayında savaş sona çatdı.

Veteran.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Onun sözlərinə görə, münaqişə aşağı intensivlikdə davam edir.

İsgəndəryan müharibədə qalib gələn Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi müsbət nəticələrdən məharətlə istifadə etdiyini bildirib. Politoloq müharibədə məğlub olan Ermənistana müxtəlif yollarla təzyiq göstərildiyini qeyd edib:

«Birincisi, İrəvana artıq Qarabağ münaqişəsinin olmadığını, bunun bitdiyini və münaqişədən sonrakı problemlərin həllinə keçməyin vaxtı çatdığı mesajını verir. Buna görə ona təzyiq göstərir».

İsgəndəryanın fikrincə, ikinci yol, sövdələşmələrin yerinə yetirilməsi üçün «hərbi əsir» məsələsindən istifadə olunmasıdır:

«Əliyev Ermənistanın daxili siyasi və müzakirə sahəsində kifayət qədər ciddi oyunçu hesab olunur. Əslində, o, faktiki olaraq həm jurnalistlər arasında, həm də sosial şəbəkələrdə Ermənistan daxilindəki müzakirələri artıq dəyişdirib».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: