Ev dustaqlığına buraxılan mayorun ilk sualı bu oldu

Bu gün mənim üçün möhtəşəm gündür. Nəhayət, Qarabağ savaşı qəhrəmanı Ziya Kazımov həbsdən azad olunaraq ev dustaqlığına buraxıldı. Sevincimin hədd-hüdudu yoxdur.

Axar.az xəbər verir ki, bunu fevralın 24-də ev dustaqlığına buraxılan qəhrəman mayor Ziya Kazımovun vəkili Bəhruz Bayramov sosial şəbəkə hesabında yazıb.

“Dağlıq Qarabağın qondarma prezidenti döyüşlərdən sonra belə bir açıqlama vermişdi ki, Hadurut uğrunda döyüşlərdə 1500 erməni əsgəri 60-70 Azərbaycan əsgərinin qabağından qaçıb. Həmin hücum edən hərbi hissənin komandiri mayor Ziya Kazımov olmuşdur.

Bu gün hava şəraiti ilə əlaqədar olaraq bəzi problemlər yaranmışdı. Mayor Ziya Kazımovun iştirakı olmadan məhkəmə prosesin keçirilməsinə qərar verdi. 1 saylı istintaq təcridxanasına gedərək, Ziya Kazimovu gətirməyə qərar verdik. Bəzi prosedur qaydalar həyata keçiriləndən sonra Ziya Kazımov təcridxanadan buraxıldı. Ziya 3 aydır ailəsi ilə əlaqə saxlaya bilmir, telefon qadağası var idi. Biz elə fikirləşirdik ki, onun ilk sualı ailəsinin vəziyyəti haqqında olacaq. Amma biz yanılmışdıq. Çıxandan sonra ilk sualı bu oldu: «Görəsən mənim hərbi hissəm hardadır, zabitlərim və əsgərlərim harda xidmət edir?” — vəkil bildirib.

Qeyd edək ki, mayor Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilib.

Mayor 2020-ci ilin noyabrın 9-da hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •