20.04.2024

Qəhrəman döyüşçü ağır şəraitdə yaşayır

Azərbaycanda  müharibə veteranlarına, qazilərinə  Dövlət tərəfindən sistemli şəkildə diqqət  və  qayğı  göstərilməsinə  baxmayaraq bəzən  xoşagəlməz hallar  da yaşanır.

Oxu24.com-a  müraciət  edən  I Qarabağ Müharibəsi  veteranı İmanov Əhməd Balağa oğlu  çətin vəziyyəti  ilə  əlaqədar  olaraq  kömək  istəyib. 

Müharibə  zamanı  xüsusi  qəhrəmanlıq  göstərmiş  qazimizi  daha  yaxından  tanıyaq:


Əhməd  İmanov özü əslən Ağdərə rayonun Sırxavənd kəndindən  olan  qəhrəman  döyüşçümüz  1989-cu illərin sonundan  etibarən  başlayan  proseslərlə  əlaqədar  könüllü olaraq  orduya  yazılıb.

Əvvəlcə  özünü müdafiə  batalyonunda  qoşulub.1992-ci ildə  N saylı hərbi  hissədə  xidmətə  davam  edib. Döyüşlər  zamanı   xüsusi  qəhrəmanlıq  göstərərək  1992-ci ilin  martın 12-ə  gedən döyüşlərdə 300 nəfər  ermənini məhv  edərək  tarixə  düşən hərbi birliklərin tərkibində döyüşüb.  Həmin  hadisə  ilə  bağlı  ermənilər  3  gün  matəm  elan   edib.

Göründüyü  kimi  Əhməd  İmanov  xüsusi  qəhrəmanlıq  göstərən  döyüşçülər  sırasındadır.  Amma  təəssüf ki,  bu gün  onun  həyatı  acınacaqlı  şəkildə  davam  edir.

Qazimiz  hazırda  Bərdə  rayonunun Alaçadırlı  kəndində,  düzəngahlıqda  yerləşən  bir   uçuq  tikintidə  yaşayır. Müsahibimiizn sözlərinə  görə,  elə  o vaxtdan   bu  zamana  kimi   bu  yerdə  məskunlaşıb.

“ Məni  bu kənddə  Kamil  kimi  tanıyırlar. Mən  döyüşlərdə qəhrəmanlıq  göstərsəm  də  bu  barədə  çox  yerdə  danışmamışam.  Bu  vaxta  kimi  heç  kimə  də  ağız  açmamışam. Bu günki  yaşayışım  göz  qabağındadır. Dövlətdən  80  manat  veteran  pulu  və  130  manat  sosial  yardım  alıram.4 ay  bundan  əvvəl  mənə  pensiya  kəsildi.  Mən əlil  olduğum  üçün  əlil pensiyası  almalıyam. Bunu  düzəldə  bilmirəm.  Məni  get-gələ  salırlar. Xahiş  edirəm  ki, aidiyyatı  qurumlar   bu  məsələdə  mənə  kömək  etsin”

Əhməd İmanov bildirib ki, hazırda  yaşadığı  yer  kəndin  ortasında,  sahədə  yerləşir.  Uçuq-sökükü  bir  daxmada  yaşayan  qəhrəman  döyüşçümüz  diqqətsizlikdən  gileylənib.

“Dövlətin  xətti  ilə  imkansız  şəxslərə,  veteranlara  yardım paylandı. Mənimlə  maraqlanan  olmadı  amma. Evin  görünüşünü  görürsünüz yəqin.Burada  adam  yaşaya bilərmi? Hər  dəlikdən  bir  ilan,  siçovul  çıxır.  Neçə  ildir, gözləyirəm.Amma  bir  xəbər  yoxdur”,  deyə  o  bildirib.

Əhməd İmanov daha  bir  dərdini  dilə  gətirib  və  ölkə  rəhbərliyindən  kömək  istəyib.

Qəhrəman  döyüşümüzün acınacaqlı  durumda  yaşadığı  daxmadan  görüntüləri  şərhsiz  təqdim  edirik:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: