Zəngilanlı veteranlar yaralı döyüşçüyə baş çəkdilər

Sabirabad Şəhriyar köçkün qəsəbəsində 2-ci Vətən Müharibəsi qazisi Qasımzadə Namiq Ağa oğlunu ziyarət etdik.

Qazi Namiq qardaşımız Füzuli rayonunun Kürdlər kəndinin azad olunması uğrunda gedən döyüşdə ağır yaralanıb. Namiq hospitalda müalicə aldıqdan sonra evə buraxılıb.

Döyüşdə Namiq bir gözünü, bir də ayağının dabanını itirib. AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Namiq «Müharibə Veteranı» Xatirə medalı ilə təltif edib.

Görüşdə Namiqi AVMVİB-nin təsis etdiyi «Müharibə Veteranı» Xatirə medalı ilə təqdim etdik.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə cansağlığı versin.

Azad Musayev

AVMVİB Zəngilan rayon şöbəsinin sədri

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •