«Bütün yollar Romaya aparır»: Ya savaş, ya da SAVAŞ!

Bunca ilərin itirilməsi əbəsdir. Bu gün etiraf etməliyik aparılmış diplomatik-strateji işlərin fonunda tək üstünlüyümüz sürüşkən neft strategiyası və ərazilərin qaytarılması, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Qalan bütün parametrlərə özünüz qiymət verin:

— Mövqe savaşında bütün hərbi-strateji yüksəkliklər kimin nəzarətindədir?

— İnformasiya savaşında (Tarixi aspekt, lobbiçilik və diaspora fəaliyyətləri, rəqibin informasiya məkanına məlumat ötürmək, rəqibin daxilində kolon yaratmaq, daha çox dil və ölkələrdə yayın, kadra sahib olma və s.) üstünlük kimin nəzarətindədir?

— Cəmiyyətin daha çox monolitliyi, vahid bir ideya ətrafında birləşməsi…

Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün detallarını və həmən sonra baş verən hadisələrə diqqət yetirək. Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada sülh danışıqları ərəfəsində Toniyanın müharibə anonsu verməsi diqqət çəkdi. Tonoyan “sülh əvəzinə ərazilər” prinsipinin dəyişdirildiyini qeyd edib.

“Mən müdafiə naziri kimi deyirəm: “sülh əvəzinə ərazilər” prinsipinin əksinə olaraq biz “yeni ərazilər üçün yeni müharibə” edəcəyik. Heç vaxt güzəşt olmayacaq. Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz səngər vəziyyətindən daim müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi hərəkətləri rəqibin ərazisinə daşıya biləcək bölmələrin sayını artıracağıq”

Bu bəyanata cavab olaraq «Report»a açıqlama verən Vaqif Dərgahlı bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda, bu ölkənin müdafiə naziri məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur.

“Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyətdən yaxşı xəbərdar olan D. Tonoyan bunu müxtəlif üsullarla ölkə rəhbərliyi və ictimaiyyətindən gizlətməyə çalışır. Eyni zamanda baş nazir N. Paşinyan ordu rəhbərliyini toplayaraq qapalı iclas keçirməklə Ermənistan silahlı qüvvələrinin cinayət aləminin qaydaları ilə idarə olunduğunu və bunun böyük problemə çevrildiyini bildirir. İş o həddə çatıb ki, N. Paşinyan Mehridə baş verən əsgər qiyamından ciddi narahatlığını ifadə edir, arxa cəbhədə yerləşən bölmələrdə qeyri-döyüş itkilərinin sayının artmasını dilə gətirir, Ermənistan müdafiə nazirliyi və baş qərargahındakı korrupsiya, oğurluq, rüşvətxorluq halları barədə ictimaiyyətə məlumat verir.

Nyu-Yorkun erməni icması qarşısında çıxış edən D. Tonoyanın əsas məqsədi heç şübhəsiz onlarda çaşqınlıq yaratmaq, oğurladığı və talan etdiyi maliyyə vəsaitlərinin yerini doldurmaq üçün erməni diasporundan əlavə pul dilənməkdir. Bütün bu fikirləri tamamlayaraq qeyd edim ki, ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə qadirdir və hazırdır”.

"Bütün yollar Romaya aparır": Ya savaş, ya da SAVAŞ!

Bizim Müdafiə Nazirliyinin MX-nin «korrupsiya idarəsi» kimi verdiyi təftiş bəyanatını dəyərləndirmədən öncə, həmsədrlərin bəyanatını nəzərdən keçirək. Bildirilir ki, Prezident və baş nazir Düşənbədəki söhbətə istinad edərək Atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq etdilər. Onlar öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək barədə təlimat verdilər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəldilər. Sadəcə bumu?

N. Paşinyan ilk zəngini separatçıların başçısı Bako Saakyana hesabat məqsədiylə edərək, görüşdən sonra Avstriyada erməni diaspora üzvlərinə, Vyana görüşünü irəliyə doğru müsbət addım kimi dəyərləndirdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Yəni tam məlumatsız qalan tərəf yenə də Azərbaycan xalqı və Qarabağ əhalisi olub. Çünki xalq öz taleyinin necə həll olunacağına etinasız bir durumdadır. Yəni «Vətən əvəzinə mənzil» taleyinə boyun əyib.

Rusiya tərəfinin mövqeyini «Kommersant» qəzetinin-“Ъ” saytının icmalçısı Maksim Yusin (2016-cı il, Aprel) belə şərh etmişdi: «Bakı bunu yaxşı başa düşür. Həm də başa düşür ki, əgər iri miqyaslı bir müharibə baş verərsə, son on ildə əldə edilmiş bütün nisbi zənginlik neftin qiymətinin düşməsi ilə təhdid ediləcək və milli valyuta məzənnəsi düşəcəkdir. Son zamanlar Azərbaycanda sosial problemlər ağırlaşıb, lakin bu, Ermənistanla müharibəyə cəlb olunduğu təqdirdəki vəziyyətin pisləşməsi ilə müqayisə edilə bilməz. Çünki bu zaman neft yataqlarına, boru kəmərlərinə və digər sənaye obyektlərinə hücumlar baş verə bilər.

Pragmatist olaraq, İlham Əliyev müharibə üçün mövcud sabitliyi gözlənilməz bir nəticə ilə təhlükə altına almaq istəmir. Ancaq ictimaiyyətinin (xüsusilə də media, eləcə də Azərbaycan elitasının bir hissəsi) əksəriyyəti, revanşçı mövqe tutur. Bu vəziyyəti hakimiyyət nəzərə almaq məcburiyyətindədir. Cəbhələrdə tez-tez vəziyyətin kəskinləşməsi barədə məlumatlar yayaraq vəziyyəti mütəmadi olaraq imitasiya etməklə, əhalini, prezidentin «işğal edilmiş torpaqların» məğlubiyyəti ilə barışdığını pərdələmək lazımdır. Başqa sözlə desək, yaxın gələcəkdə münaqişə zonasında sabitləşmə gözlənilmir. Müharibə dövrünü, hələ uzun zaman imitasiya 
(təqlid) edilməsi lazım gələcək. Və bu pis xəbərdir. Amma yaxşı bir xəbər daha var: Hər halda müharibəni yamsılamaq, yəni imitasiya, təqlid etmək, heç də müharibə demək deyil». Bu sözləri torpaqlarımızı işğal etmiş Rusiyanın mövqeyi kimi də qəbul etmək olar. Çünki bu Atəşkəsin müəllifi Kazimirov, bu problemin adını «həlli omayan problem» qoyub. Amma bircə məntiqli adam çıxıb bu köpəkdən bu günədək soruşmayıb ki, həlli olmayan şey, daha niyə problem adlansın ki? Eləcə də dünyanın hərb praktikasında «sülh yolu ilə işğal ərazilərinin qeyd-şərtsiz qaytarılması praktikası da yoxdur». Ermənilər de yure bizim torpaqlara sahib durmağa və məskunlaşmağa çalışmaqdadırlar. Bəs biz nəyə görə gözləməliyik?

"Bütün yollar Romaya aparır": Ya savaş, ya da SAVAŞ!

Ermənistan ermənisayaq qondarma «ublyudokratiya inqilabı» etməklə iki qucaqda oturmağa, həmçinin Rusiyanın çöküş planında yer almağa çalışır. Mövcud Ukrayna -Rusiya qarşıdurması praktikasında tərəflərin «vuran əllərinə» diqqət yetirin: Arsen Avakov (Ukrayna) və Sergey Lavrov-Kalantaryan (Rusiya). Bir maraqlı məqam isə bunların övladlarının ABŞ-da yerləşmələridir. Və Lavrov rusdan çöx «rus», Avakov isə xoxoldan çox «xoxoldur». Yəni Lavrov Rusiyasından «mədəd» gözləmək, bizim üçün Əzraildən can istəmək kimi bir şeydir.

… Beləliklə, Ermənistanla danışıqların uzadılması hər an zərərimizə işləməkdədir. Azərbaycanın güclü potensiala malik ordusu artıq separatçıların ərazilərini bizlərdən qorumaq missiyası daşımaqdadır. Düşmən, bütün ranqlarda-dindarından — terrorçusunadək, müxalifindən — iqtidarınadək, avam vətəndaşından siyasi fiqurlaradək hər kəs eyni fikri tutuquşu kimi təkrarlamaqdadır. Bəs biz bu analoqsuz sülhü kiminlə bağlayacağıq? Yəni düşmənin anlayacağı tək yol gücdür. Bu gücü öz ərazimizdə təsbit etmək üçün Azərbaycanın bütün beynəlxalq hüquq normalarına uyğun «Antiterror əməliyyatları» başlamaq şansımız var. Ərazilərimizin işğalında Rusiyanın neytrallaşdırılması üçün zəmin yaranmaqdadır. Məhəlli münaqişələrin ilkin közərtiləri-rus-tatar, yakut-qırğız, inquş-çeçen, dağıstanlı-rus və s. qaçılmaz hal almaqdadır. Rusiyanın ABŞ-ın və Qərbin sanksiyalarına məruz qalması da əlavə dvidendlər gətirir. Bu şəraiti qiymətləndirən erməni-rus tərəfi vəchlə ölkəmizdə stabilliyi pozmağa çalışdıqları aydın görünməkdədir. Çünki bir Xaos xalqı olan ermənilər və bütün qonşularına pislik etmək şakəri olan Velikorus şovinizmi cənub cinahında stabillik istəmir. Ermənistanın sülh yolu ilə torpaq qaytaracağına inanmaq bir eyforiyadır. Azərbaycan savaşa girməyə məhkumdur. Azərbaycan stabilliyi və bölgədə sülhü qorumaq naminə savaşmağa məcburdur. Azərbaycan ölkənin var olması naminə torpaqları düşməndən azad etməyə məsul edilib. Azərbaycan dağıdılıb talan edilmiş hər evin və hər qarışın hesabını düşməndən soruşmağa borcludur. Qarabağı istəyənlər isə hər gün, hər yerdən və hər kəsdən Qarabağı istəməlidirlər. Artıq ATƏT-in Minsk qrupu adlı siyasi «3 bacı dolması» bizim 3 nəfərlik açdığımız «iş yeri» kimi bir şey olaraq qalacaqdır…

Və Azərbaycanın istəyib istəməməyindən asılı olmayaraq, tək bircə yolu və seçimi var: «Ya savaş, ya da SAVAŞ!» Yəni bütün yollar Romaya aparır. Bizim yollar isə Xankəndə…

Müəllif: Xaqani ƏDƏBOĞLU
AVMVİB mətbuat xidmətinin rəhbəri

"Bütün yollar Romaya aparır": Ya savaş, ya da SAVAŞ!
"Bütün yollar Romaya aparır": Ya savaş, ya da SAVAŞ!
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •