19.04.2024

Ordum varsa, yurdum var!

III Yazı

(Əvvəli:http://fedai.az/?p=6473http://fedai.az/?p=7070)

Ötən yazıda informasiya müharibəsi haqqında deyilənlər oxucularımızın ciddi marağına səbəb olub. Yazılmış şərhlər və edilən zənglərdən aydın olur ki, insanlarımızın bu sahədə ciddi surətdə maarifləndirilməsinə ehtiyac duyulur.

Dezinformasiya yayanlar arasında KİV nümayəndələri də var ...

Bildirdiyimiz kimi müasir şəraitdə qlobal informasiya savaşı iki istiqamətdə aparılmalıdır: Münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Bu iki istiqaməti qismən izah etməyə çalışdıq. Əlavə olaraq bildirək ki, çağdaş dünyada cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur. Üstəlik, elmi olaraq, xəstəliklərin və neqativ ortamın yaradılması, bizi əhatə edən kənardan gələn məlumatlara verdiyimiz reaksiyaların nəticəsidir. Müasir texnoloji inkişaf nəticəsində bütün xəstəliklərin 80% -dən çoxu informasiyalar vasitəsiylə ötürüldüyü aydın olub. Klassik döyüşlərdə, bir nəfər qorxaq əsgərin qorxaqlığı və keçirdiyi stress, təlaş hissinin böyük bir orduya sirayət etməsini hər biriniz bilirsiniz. Bu gün ordumuzu informatik hücumlardan maksimum şəkildə qorumaq, nəinki təkcə jurnalistlərin, hər bir vətəndaşın vətəndaşlıq borcu sayılmalıdır. Bu cəmiyyətin informasiya təhlükəsizliyi adlanır. Məsələn, hansısa bir jurnalist reytinq qazanmaq xatirinə, ordunun şəxsi heyyətini, komandanlığı və digər mövcud strukturları hədəfə alırsa, bu şəxs atdığı addımın nəticəsini hesablaya bilmir, yaxud da bu işi sifarişlə görür.

Jurnalistlər, öncə mövcud neqativlər haqqında rəsmi məlumatlara əsaslanmalı, ya da ictimailəşdirilən danılmaz faktlar yekunda müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət etməlidir.

Dezinformasiya yüklü təşviş doğuran məlumatların yayılması müasir savaş üslublarından sayılır. Klassik anlamda «bir əsgərin qorxaqlığı böyük bir orduya sirayət edə bilər» deyimi bu tendensiyadan qaynaqlanır. Ordu və cəmiyyətdə təşviş, qorxu və təlaş yaradan informasiyalar kütləvi stress yaradır. Stress, bir orqanizmin müəyyən bir stimula — sözdə stress faktoruna verdiyi fizioloji və psixoloji reaksiyaların birləşməsidir.

Stressin bədənə təsiri ardıcıl olaraq bir-birini əvəz edən bir neçə mərhələdən ibarət bir proses kimi qəbul edilməsi elmi olaraq təsdiqlənib:

Səfərbərlik mərhələsi: Enerji artımı var, ürək daha tez-tez döyünməyə başlayır, nəfəs səthi olur, qan təzyiqi yüksəlir, adrenalin və digər «stress hormonu» — kortizol ifraz olunur. Müəyyən mənada bu, bədəni «ya vur və ya qaç» əmrinin icrasına hazırlayan «ibtidai» reaksiyadır.

Müqavimət mərhələsi: ilkin şok ötür, hormonların istehsalı bir qədər azalır (amma qalan şeylər normadan artıqdır), lakin bədən yüksək hazırlıq vəziyyətində olmağa davam edir.

Tükənmə mərhələsi: Bədənin çox uzun müddət stress keçirdiyi təqdirdə, onun qoruyucu mexanizmləri qaçılmaz olaraq uğursuz olur. Fiziki və emosional qaynaqlar tükənir. Bütün bunlar immun, sinir, pulmonoloji, ürək-damar və digər bədən sistemlərinin fəaliyyətinə mənfi təsir göstərə bilir.

İblislər” azadlıqda: Bioloji və Kimyəvi silahların müharibələr ...

Məhz ona görə də indiki şəraitdə qlobal informasiya savaşı aparılır. Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Hazırki məqamda münaqişənin gedişi, yəni hərbi aspektdə işlər görülməlidir. Bu aspektə nələr daxildir?

Düşmənin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən erməni silahlı quldur hərbi birləşmələrinin törətdikləri vandalizm və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin ibtidai araşdırmasının aparılmasıdır. Bu istiqamətdə işlər, əsasən aidiyyatlı qurumlar tərəfindən aparılmalıdır. Araşdırma zamanı məlum oldu ki, bu sahədə ibtidai istintaq aparılır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsi bu sahədə davamlı olaraq, böyük işlər görməkdədir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində düşmən tərəfindən törədilmiş cinayətlərin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

2005-ci ilin may ayından etibarən Respublika Hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə həmin cinayət işlərinin istintaqı, ibtidai araşdırmaya prosessual rəhbərlik, Respublika Hərbi prokuroruna həvalə edilmişdir. Bir çoxları bu sahədə görülən işlərdən xəbərsizdirlər.

Qarabağda azərbaycanlıların əsir düşərgələri - DƏHŞƏT - son xeberler

Müşahidələrimiz göstərmişdir ki, əgər əvvəllər istintaq sistemsiz və keyfiyyətsiz aparılmışdırsa, bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə, məişət və ya şəxsi, yaxud adi ictimai münasibətlər zəminində törədilmiş fərdi və əsasən əşya-əmlak məsələləri ilə baglı cinayətlər kimi yanaşılmışdırsa, Hərbi Prokurorluqda cinayət işi dərhal və ətraflı öyrənilməklə istintaq planı tərtib edilmiş, 05 may 2005-ci il tarixdə erməni təcavüzkarlarının xalqımıza qarşı törətdikləri cinayətlər beynalxalq qanunvericiliyinin normalarana uyğun olaraq sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri kimi (soyqırım, əhalini deportasiya etmə və ya məcburi köçürmə, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və s.) qiymətləndirilmişdir. Bundan başqa, cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq, araşdırmanın səmərəliliyini və operativliyini təmin etmək məqsədi ilə iş üzrə 5 əsas istiqamət üzrə: soyqırım, əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyanın müəyyənləşdirilməsi və müasir dövrdə düşmənlə təmas xəttində milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər aparılmışdır.

Bu sahədə ağlasığmaz dərəcədə böyük miqyaslı işlər görülməsinin şahidi olduq. İş üzrə ümumilikdə 77.000-dən artıq istintaq hərəkəti icra edilmiş, o cümlədən 27.000 nəfərdən artıq şəxs şahid qismində dindirilmiş, 26.000 nəfərdən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş, 18.000 nəfərdən çox şəxs mülki iddiaçı qismində tanınmış, 1.100-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

Təsəvvür edin ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törətdikləri cinayət faktları ilə baglı Hərbi Prokurorluq tərəfindən ilk dəfə olaraq 250-dən artıq şəxs barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (işgəncə) və digər maddələrlə nəzərdə tutulmuş cinayətləri törətməyə görə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmışdır. Bu fədakar işlərə görə Hərbi Prokurorluq əməkdaşlarına minnətdarlıq azdır.

Bir xatırlatma yerinə düşərdi. Dəfələrlə vicdanlı rus zabiti kimi təqdim etdiyimiz polkovnik V. Savelyevin bu cinayətlərlə bağlı fikirlərini sizlərə təqdim edirik. Polkovnik 1992-ci ilin aprel ayının 12-də MN-ə göndərdiyi məktubda bunu yazır: «Öldürülmüş, məhv edilmiş adamların bir qisminin şəxsiyyətlərini təyin edən sənədlərdən 46-sını nömrələyib, Azərbaycanın MN-inə, Prezident Aparatına göndərdim. Mənə cavab gəldi ki, biz həmin sənədləri araşdınrıq. Onda mən Tbilisidə idim və məktubu da oradan yola salmışdım. Amma dərk edə bilmirdim ki, Azərbaycan hərbi kəşfiyyatı nəyi araşdırır…»

Səriştəsiz fəaliyyət nəticəsində yığılıb qalmış cinayətlərin, yalnız ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən həyata keçirildikdən sonrakı araşdırılmalardan çoxlarınızın xəbəri yoxdur. Bu işdə hər bir vətəndaş yardımçı olmalı və istər hərbi cinayətlər, istərsə də genosid xarakterli cinayətlər tam üzə çıxarılmalıdır. Biz mənfur bir düşmənlə üz-üzəyik. Bunu bir an da olsun unutmamalıyıq.

Həmçinin, araşdırılmış bu cinayətlərdən düşmənə qarşı qlobal informasiya savaşında maksimum istifadə etməyi öyrənməliyik.

Erməni işgəncə növləri - ŞOK FOTOLAR (+18)

Bu gün erməni hiyləsinə uyaraq, hələ də düşünənlər var ki, Ermənistanda yaşamayan və ya Qarabağda separatizmi dəstəkləməyən ermənilər var. Bu absurddur. Bir fakta iqqət yetirək (Rövşən Novruzoğlu): «1992-ci il fevral ayının 19-da isə İrəvanın Teatr meydanında Firdos Ərəbyan adlı bir erməni emissarı (Livan) Dünya ermənilərinin «iqtisadi gəlir mənbəyi» kimi ad çıxarmış «Qaragin» erməni mərkəzində on üç nəfər varlı erməninin imzaladığı məktubu oxumuşdu: «…Oyanmış xalqa eşq olsun! Müdrikliyini, ağıl və idrakını dərk edən, babalarımızın, əcdadlarımızın külünü təzədən alışdıran erməni qəhrəmanlarını alqışlamaqla yanaşı, onlara dünya ermənilərinin salamlarını yetirirəm. Parisdə, Kölndə, Romada, Vaşinqtonda, Küveytdə, Londonda, Moskva və Ankarada, Tehran və Latın Amerikasında ayağa qalxan ermənilər sizinlədir. Biz sizə hər cür yardıma hazırıq»…

Erməni işgəncə növləri - FOTO

Bütün bunlara görə də hamımız dünyada, o cümlədən cəmiyyətdə və ətrafımızda baş verənləri obyektiv dərk etməli, onları səhih qavramalı, hər birimizin proseslərə yanaşma tərzimiz doğru olmalı və onlara düzgün qiymət verməliyik.

Ardı var

Нет описания фото.

Fedai.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: