29.03.2024

AVMVİB sədrindən Azərbaycan xalqına təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımızı müqəddəs Ramazan bayramı münasibətiylə təbrik edib. Təbrikdə deyilir:

— Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Uzun illərdir ki, bir məsələ xalqımızın tək arzu və istəyinə çevrilib. Vətən torpaqlarının düşmən işğalından azad edilməsi. Uca Allah bu utanc verici durumu qüdrətli ordumuzun əliylə Zəfərə çevirsin.

Qəlblərimizdə Allah və Vətən sevgisini daha da gücləndirən Ramazan bayramı qoy bu ilimizi Zəfər müjdəli bir ilə çevirsin!

Bu əziz bayram günlərində, öncə şəhid ailələrini, döyüşçü qardaşlarımızı və bütün soydaşlarımızı təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun! Tanrı məmləkətimizi öz əzəli sərhədlərinə qovuşdursun!

AVMVİB Mətbuat Xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: