Azərbaycanda da faşist Qaregin Njdeyə ABİDƏ QOYULUR…

Azərbaycan Respublikasının hüquqi ərazisi olan işğal altındakı Xocavənd rayon mərkəzində erməni faşisti Qaregin Njdenin büstü hazırlanır.


Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, abidə “Ferzit” tikinti şirkətinin rəhbəri Artur Xaçatryanın ideyası və maliyyəsi əsasında qurulur. Bu haqda erməni jurnalistlərə Xocavənd şəhərinin faktiki meri Edik Avanesyan danışıb. Erməni faşistinin büstü sovet dövründə Oktyabr inqilabının 70 illiyinə həsr olunmuş abidənin yerində hazırlanır…


P.S. Kimsə etiraz edə bilir ki, başlıqda niyə “Azərbaycanda” yazılıb… Məgər Xocavənd Azərbaycanın yaşayış məntəqəsi, rayonu deyil?

Faktiki belədir… Və təəssüf ki, o da faktdır ki, Azərbaycan dövləti işğal altındakı digər bölgələrimiz kimi, burada da işğalçı və separatçı ermənilərin gördüyü işlərin qarşısını almaq iqtidarında deyil...

Leyla Həsənova

Нет описания фото.
На изображении может находиться: на улице
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share