Bakı Dövlət Universitetində görüş!

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və bir qrup şöbə üzvü BDU Hüquq fakultəsinin dekanı Əliyev Əmir İbrahim oğlu ilə görüşdülər. Əmir müəllim müharibə veteranlarını çox səmimi qarşıladı və dəyirmi masa ətrafında maraqlı söhbət baş tutdu.


Əmir Əliyev BDU nin Hüquq Fakultəsində təhsi alan Şəhid, Qazi və Müharibə veteranlarının övladlarına qayğı göstərdiyini, hər hansı bir çətinlikləri olanda daima köməkliyini göstərmişdir.


Əmir müəllimin bu fəaliyyətini qiymətləndirmək üçün AVMVİB Zəngilan rayon şöbəsinin təqdimatı ilə AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB Zəngilan rayon şöbəsinin Fəxri üzvu, Milli Ordu -100 il medalı və Fəxri Fərmanla təltif olundu.


AVMVİB adından BDU-nun Hüquq fakultəsində Əmir Əliyevi təltif edən veteranlar ona gələcək işlərində uğurlar arzuladılar və səmimi qəbul üçün öz minnətdarlıqlarını bildirdilər.


Nə yaxşı ki, belə Vətənpərvər müəllimlərimiz var.

Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri 

На изображении может находиться: 4 человека, люди сидят и в помещении
На изображении может находиться: 1 человек, стоит
На изображении может находиться: 2 человека, люди стоят
Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •