16.04.2024

AVMVİB üzvlərinin təltifini davam etdirib. AVMVİB üzvü, cəbhənin müxtəlif istiqamətlərində döyüşmüş Babək Əhmədov təşkilatın Xatirə medallarıyla və Döş nişanı ilə təltif edilib.

AVMVİB sədri Füzuli Rzaquliyev müharibə veteranı Babək Əhmədovu təbrik edərək, torpaqlarımızın azad edilməsini müjdələyən günlər arzulayıb. Hər qarış uğrunda aparılacaq mübarizədə ön sırada olmaq biz veteranların borcudur.

Təltif olunan müharibə veteranı B. Əhmədov göstərilən diqqət və qayğıya görə AVMVİB Rəhbərliyinə, şəxsən Füzuli Rzaquliyevə öz minnətdarlığını bildirdi. Bundan sonra təşkilatın tədbirlərində daha yaxından iştirak edəcəyini söyləyən Babək Əhmədovu AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov da təbrik edib.

Təbrik edirik!

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: