AVMVİB-nin «Müharibə veteranı» fərqləndirici döş nişanı hazırdır

"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdır

AVMVİB-nin «Müharibə veteranı» fərqləndirici döş nişanı artıq hazırdır»- bu barədə sayta AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov məlumat verib. Sədr müavini bildirib ki, bu döş nişanını çoxdan hazırlamağı planlamışdıq. AVMVİB İdarə Heyətinin və AVMVİB sədri Füzuli Rzaquliyevin qərarına uyğun olaraq bu işin də öhdəsindən gəldik. Öz daxili imkanlarımız hesabına hər bir üzvümüzün fərqləndirici döş nişanına sahib olmasına çalışacağıq. Rayon şöbələrinin sədrlərini bu işdə fəal olmağa çağırırıq.

Döş nişanında Azərbaycan əsgərinin milli bayrağımızı daşıması əks olunub. İdeya müəllifi təşkilatın Mətbuat Xidmətinin rəhbəri X. Ədəboğludur. Bu bayraq mütləq və mütləq Xankəndinə sancılacaq. Bu bayraq bizim olan hər yerdə dalğalanacaq.

Döş nişanının ilk nüsxəsi AVMVİB sədri Füzuli Rzaquliyevə təqdim edilib.

Bütün döyüşçülərimizə xeyirli olsun deyirik!

Elnur Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share