20.04.2024

“Səfirliyə hücum terror hadisəsidir” — İranın Azərbaycandakı keçmiş səfiri

“İranda Azərbaycan səfirliyinə hücum edilməsi haqda xəbəri yeni oxudum. Detallar haqqında məlumatım yoxdur. Bildiyim odur ki, bir nəfər vəfat edib, bir nəfər yaralanıb. Bu, çox pis hadisədir”.

Veteran.az 
xəbər verir ki, bunu Teleqraf.com-a İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani deyib.

Keçmiş səfir əlavə edib ki, İran dövləti buna cavabdeh olmalıdır: “Səfirliyə hücum etmək ən pis işlərdən sayılır, terror hadisəsidir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: