29.03.2024

SEPAH Netanyahunu qaçırmaqla hədləyib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsfahan əyalətindəki komandir müavini Müctəba Fəda İsrailin baş naziri Binyamin Netanyahunu qaçırmaqla hədləyib.

Bu barədə yerli mətbuata hərbçilər məlumat veriblər və onların sözlərini “The Jerusalem Post” nəşri sitat gətirib. SEPAH-ın komandir müavini Netanyahunu oğurlayaraq İrana “kölə xaltası ilə bağlayıb” gətirməklə hədələyib.

İran hakimiyyəti hesab edir ki, guya İsrail, ABŞ, Britaniya və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının ölkədəki iğtişaşlarda əli var.

Mənbə: Azvision.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: