66 İLLİK ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR YOLU: HABİL HƏMIDOV

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə ınsanlardan biridə bacarıqlı,təşkilatcı, qayğıkeş, nəcib davranışı və yüksək  mədəniyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsinin üzvü istefada olan mayor Həmidov Habil Həmid oğludur. Noyabr ayının 20- də onun 66  yaşı tamam olur.  

 Daimi həyatın bütün snaqlarından  alınıacıq və üzüağ cıxan  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Qəbələ rayon şöbəsinin üzvü  istefada olan Mayor Həmidov Habil Həmid  oğlunu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Qəbələ rayon şöbəsinin sədri polkovnik leytenant  Rafiq Qaçayev  səmimi qəlbdən təbrik  edir.  Ona, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Habil Həmidovun yaşının üstə gələn bu yaş ona sevinc dolu illər  bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin.

     Hər kəsi özündən  incitməyən, xoş  rəftarı  və şirin dili  ilə hər kəslə doğmalıq münasibəti yaradan nçüharibə veteranı istefada  olan mayor Həmidov Habil Həmid oğlu  1956-cı ilin noyabr ayının 20 — də  Qəbələ rayonun Vəndam qəsəbəsində zəhmətkeş ailədə  anadan olub. İctimai işlərdə fədakarlıq göstərən, dostlarna və yaxınlarına isti münasibətdə olan Habil İdris oğlu Həmidov  1974 -cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində  orta məktəbi bitirib, 1975 — 1977 -ci illərdə  Sovet ordusunda  müddətli həqiqi hərbi xidmətdə   (manqa komandiri  -cavuş  rütbəsində) oilub.

    Habil Həmidov 1978 — ci ilin   yanvar ayindan  Sumqayit   şəhər Boru– prokatlar zavodunda fəhlə işləyib. 1982 — ci ildə  N.Tusi adına Pedoqoji institunu  (indiki Azərbaycan Pedaqoji Universitetini).bitirib.

    İşgüzar,çalışqan,  işinə qətiyyətli, mübariz keyfiyyətli   Habil Həmidov 1982-1983 cü  illərdə  49 saylı peşə litseyində  müəllim işləyib, 1983 -1992  — ci illərdə Daxili İşlər Nazirliyinin Baş  Mühafizə polis  İdarəsinin  Qəbələ rayon şöbəsində Kadırlar üzrə inspektor , 1992- 2004 cü illərdə isə   Daxili Qoşunların Bas İdarəsinin  Gəncə şəhərində, Binəqədi və Hacıqabul  rayonunlarda yerləşən hərbi hissələrdə   qərarğah rəisinin Nizamı hissə  üzrə baş köməkçisinin müavini, Nizami hissə və Kadrlar  bölməsının rəisi, Silah xidməti  rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət   edib.

Zəngin təcrübəsi,  yüksək peşəkarlığı, humanistliyi və səmimiyyəti  ilə seçilən  Mayor Həmidov Habil Həmid oğlu  ömrünün ən məhsuldar dövrünün  21 ildən cox şərəfli xidmət yolunu, Daxili İşlər Orqanlarında və Daxili Qoşunların  hərbi hissələrində xidmətdə kecirib.

   Müharibə veteranı istefada olan Mayor Həmidov Habil Həmid oğlu, Aərbaycan respublikasının ərzi bütövlüyü uğrunda  (Ağdam,  Ağdərə,  Füzuli rayonları istiqamətində gedən) döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların  öhtəsindən layiqincə gəlmişdir. Müharibə ..

Habil Həmidov  Daxili işlər orqanlarında və   Daxili Qoşunllarda xidmət etdiyi illər ərzində,Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə,şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında,  fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyünün  təmin olunmasında, ona  həvalə edilmiş  vəzifə və tapşırıqların   yerinə yetirilməsinə məsuliyyət  hissi ilə yanaşmışdır 

   Hərbçi, polis  və döyüşcu yoldaşları Habil Həmidovu vətənpərvər, qorxmaz, əliacıq, saxavətli, zəhmətkeş zabit kimi dəyərləndırırlər.O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost – tanış, qohum- əqraba, qonşu, ünsiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailəsi arasında özünə layiq hörmət qazanıb .

   O, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Sİllahlı Qüvvələrin Ümümqoşun  Hərbi nizamnaməsinin, Daxılı işlər Nazirliyi Daxili Qoşunların isə  Döyüş xidməti  nizamnaməsinin  tələblərinin  və  ona həvalə olunmuş  vəzifə borcunun yerinə yetirilməsində bir cox hərbi qulluqçulara və polis əməkdaşlarına şəxsi  nümunə olmuşdur.

   Mayor Həmidov Habil Həmid oğlu   Xidməti  və ictimai vəzifələrin yerinə  yetirilməsində xüsusi  fəriqləndiyinə görə, Azərbaycan  Respublikasının  Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin  xidmət etdiyi  polis  İdarəsinin (şöbə) rəisinin , hərbi hissə komandirlərinin, Azərbaycan vətən müharibəsi  veteranları ictimai birliyinin sədrinin  müvafiq əmrləri ilə bir sira,döş və yubiley  nisanları ilə təltif olunub,  fəxrı fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

-“ Qüsursuz Xidmətlərə  Görə”  

1- dərəcəli medal ilə- Xidmətdə 20 il qusursuz  xidmətlərə görə ;

— “Qüsursuz Xidmətə Görə “ 2 dərəcəli medal ilə, 

15  il qusursuz xidmətlərə görə;

— “Qüsursuz Xidmətlərə  Görə “ 3 dərəcəli medal ilə,

10 il qüsursuz xidmətlərə  görə;

-» Silahlı Qüvvələrin yaranmasının” 10 illiyi yubiley medalı ilə,

— “Böyük Zəfər” medali  ilə;

-» Müharibə Veteranı” Medalı ilə ;

-Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 

(1994 – 2019)  25  illiyi yubiley medalı ılə,  

-» Silahlı Qüvvələrin yaranmasının” (1918- 2018) 100 illiyi  yubileyi medalı ilə;

 DOĞUM GÜNÜN MÜBARƏK! HABİL .

HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

100 YAŞA,  SAĞLAM YAŞA!    

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: