Şəhid Cavad İbadov məzarı başında anıldı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin üzvü, şəhid atası Cabir İbadovun şəhid oğlu Cavad İbadovun Anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Samir Əkbərov məlumat verib.

S. Əkbərov bildirib ki, bu tədbirdə Masallı rayon Polis şöbəsinin Əməkdaşları, Daxili Qoşunların N saylı hərbi qulluqçuları iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: