AVMVİB sədri F. Rzaquliyev Abramyanı qulağından tutub gətirməyə hazır olduqlarını dedi

Qeyri-qanuni yollarla Qarabağa gələn Ara Abramyan adlı erməni o qədər sərbəstləşib ki, artıq Qarabağda «at oynatmağa» başlayıb. Xocavənddə lövbər salan bu çirkli pulları yuyan erməni facebookda paylaşım edərək yazıb: «Mən bu gün (dünən-red.) Xankəndidə (S)artsaxın keçmiş separatçı prezidentləri Arkadi Qukasyan və Bako Saakyanla görüşdüm.

Bu barədə erməni ictimai-siyasi xadimi Ruben Vardanyan öz facebook səhifəsində yazıb.

O, qeyd edib: “Gündəliyə təhdidlər, geosiyasi çağırışlar, təhlükəsizlik, Qarabağın inkişafı ilə bağlı məsələlər daxil idi.

Prezidentlərin fikirlərini, vəziyyətdən çıxış yolu ilə bağlı yanaşmalarını eşitmək mənim üçün çox vacib idi.

Əminik ki, bu miqyaslı çağırışlarla üzləşməyin yeganə yolu hamımızı birləşdirmək və bütün ermənilərin potensialından tam istifadə etməkdir”.

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharubəsi Veteranlar İctimayi Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Laçın koridorunda yarıtmaz nəzarəti aradan qaldırıb bu erməniməramlı rusların işlərini yüngülləşdirməyimizin vaxtı çatıb. Biz Zəngəzur koridoru açılanadək bu yolu ən azı tam nəzarətə götürməliyik. Bölgədə kommersiya ilə məşğul olan rus generalı Andrey Volkov da gedib öz əyyaşlığı ilə məşğul olsun. Bu üzdəniraq generalın əməlləri və Mariya Zaxarovanın «biz kimi istəsək buraxarıq» deyimi bu işi tezləşdirmək üçün yetərlidir. Dövlət Sərhəd Xidmətinin qəhrəman əsgər və zabitlərini öz vəzifələrinin icrasına çağırıram. Bu Ara Abramyan qolu bağlı Bakıya təhvil verilməlidir.. Lazım gələrsə, bu işi müharibə veteranları görməyə hazırdırlar. Çünki bu erməni adlı toplumun anladığı tək üsul qulaqburmasıdır. Ara Abramyanın qulağından tutub gətirsək buradan qaçmaq üçün yalvaracaq.

AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, biz düşmənimizi yaxşı tanıyırıq. Onlara heç zaman inanmaq və etibar eləmək olmaz. Diqqət edirsiniz, Paşinyan bir gündə neçə dəfə sözünü dəyişir? Yaxud bir toplum olaraq bir gün Rusiyapərəst, bir gün isə Amerikapərəst olurlar. Son təxribatı törətməklə onlar öz xislətlərini bütün dünyaya bəyan etdilər. Dünya yaxşı bilir ki, bu təxribatı ermənilər hansı məqsədlə törətdiblər. Şəhidlərimiz oldu. Cənnət güllərimizin məkanı behişt olsun. Amma dünya bir daha anladı ki, artıq dünyanın birləşmiş həyasızlığı önündə əski Azərbaycan yoxdur. Bir şəhidimiz əvəzinə ən azı 3 erməni leşi ortadadır. Təkcə iki gün ərzində düşmən tərəfə hərbçilərimiz 130 leş təhvil verib. Düşmən həmişə olduğu kimi leşlərinin sayını gizləyib Ermənistan silahlı qüvvələrinin 207 hərbçisinin öldüyünü və itkin düşdüyünü, 293-nün isə yaralandığını deyirlər. Öz verdikləri məlumata görə bunlardan da 69-u ağır yaralılardır və sağalma ehtimalı çox aşağıdır. Biz həmişə demişik ki, «düşmənə qarşı düşmən kimi mübarizə aparmalıyıq». Nə etmək olar. Düşmən əhatəsində yaşadığımız üçün hər birimiz döyüşçü olmalıyıq. Ciyərlərimiz şəhidlərimiz üçün yanacaq, amma sülhü də, Vətəni də qorumağın tək yolu savaşdır. Bəzən bizim Birliyi müharibəni təbliğ etməkdə günahlandıranlar oldu. Əgər söz Vətəndən gedirsə, biz dünyaları qarşımıza almağa hazır olmalıyıq.

Bu gün qazanılmış qələbəmizin tam olması üçün əllərimizdən gələni əsirgəməməliyik. Düşmənin tək qorxduğu şey Azərbaycan xalqının birliyidir. Döyüşə can atmağıdır. 44 günlük Vətən müharibəsində bunu gördük. Elə içimizdə bəslənən xainləri də bu birlik qorxutdu. Birliyimiz sayəsində Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi, düşmən dönüb arxaya baxmaqdan da qorxacaq. Bir daha təklif edirəm, köhnə döyüşçülər Qarabağda toplaşan o separatçı çaqqal-çuqqalları və Abramyan kimilərini hər an qulağından tutub gətirməyə və aidiyyatlı qurumlara verməyə hazırdırlar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: