Putinin müttəfiqləri ABŞ-ın keçirdiyi hərbi təlimlərdə iştirak edirlər

Düşənbədə ABŞ-ın təşəbbüsü və başçılığı ilə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan və Monqolustanın iştirakı ilə “Regional Cooperation-22” adlı birgə hərbi təlimlər başlayıb.

Ekspertlər bildirirlər ki, Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Orta Asiya ölkələrinin bu təlimlərdə iştirakı regionda yaranan yeni geosiyasi reallıqların tərkib hissəsidir.

Xatırladaq ki, təxminən iki ay öncə – 15 iyunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Maykl Kurilla Tacikistana səfəri zamanı Prezident İmomali Rahmonla görüşüb və bu barədə razılıq əldə olunub.

1 il qabaq isə Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Orta Asiya ölkələrində hərbi bazaların tikintisinə pul ayırması haqqında açıqlama vermişdi.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: