AVMVİB fəxri üzvünü təltif etdi

Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə və 26 İyun Silahlı Qüvvələr Günü münasibətiylə EGE Hospitalın Müşahidə Şurasının sədri, həkim-nefroloq, hacı Barat Vəliş oğlu Yusubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvlüyünə qəbul edilib və Xatirə medalıyla təltif olunub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev məlumat verib.

Fəxri üzvlük vəsiqəsini və Xatirə medalını Barat Yusubova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov təqdim edərək, 26 İyun Silahlı Qüvvələr Günü münasibətiylə həkimi təbrik edib. Bildirib ki, inanırıq ki, bundan sonra da müharibə veteranlarına qayğı həmişə olduğu kimi döyüşçülərimizin ürəyincə olacaq.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev də təbriklərə qoşularaq, qeyd etdi ki, AVMVİB daim müharibə veteranlarına diqqət və qayğı göstərən hər kəsi öz üzvü bilir və onların misilsiz əməyini qiymətləndirməyə çalışır. Bu gün bu mərasimdə bizim veteranlara daim diqqət və qayğı göstərən həkim-nefroloq, hacı Barat Yusubova öz minnətdarlığımızı bildiririk.

Daha sonra AVMVİB-nin fəxri üzvlük vəsiqəsi və Xatirə medalı həkim-nefroloq Barat Vəliş oğlu Yusubova təqdim edildi.


Mərasimlə bağlı xatirə şəkilləri çəkildi.


Təbrik edirik!

Elnur Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •