Vətən müharibəsi iştirakçısına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən Elşad Zülfüqarlının işi üzrə məhkəmə prosesi başa çatıb.

Veteran.az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E. Zülfüqarlı 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Zülfüqarlı saxlanılıb. Üzərinə keçirilən baxış zamanı onun üzərindən 4.2 qram, evindən isə 204 qram narkotik tapılıb.

26-yaşlı Elşad Zülfüqarlı 44 günlük müharibədə iştirak edib, «Suqovuşanın azad edilməsinə görə» medalı ilə təltif olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ona ittiham elan olunub.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •