«Severodonetsk uğrunda döyüşlər davam edir, Rusiya itki verir» — Ukrayna Baş Qəraragahı

Rusiya qüvvələri artilleriyadan Baxmut istiqamətində Kamışevax, Vrubovka, Nikolaevka, Semiqorye və Nyu-York yaşayış məntəqələrinin ərazilərini atəşə tutub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna aviasiyası Novaya Kamenka, Pokrovski və Klinovoye yaxınlığında Rusiya təyyarəsini vurub.

Bu arada, Donetsk vilayətinin Berestovye yaxınlığındakı hücum zamanı Rusiya qüvvələri xeyli itki verib. Döyüşlər davam edir.

Ruslar Severodonetski də atəşə tutmaqda davam edir.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •