19.04.2024

David Babayandan SENSASİON AÇIQLAMA: “Ermənilər Qarabağdan qaçır”

“Son iki il ərzində ciddi problemlərlə üz-üzəyik. Məhz bu problemlərin nəticəsidir ki, ermənilər Qarabağdan müxtəlif yollarla çıxırlar.”

Alp.az xəbər verir ki, bu açıqlamanı qondarma rejimin  “xarici işlər naziri” David Babayan bildirib.

“44 günlük müharibədəki açıqnacaqlı məğlubiyyət xalqımızın inamını qırdı. İndi də bu inamsılığın nəticəsidir ki, Qarabağ ərazisindən ermənilər başqa ölkələrə üz tutur. Əgər bunun qaşısını almasaq ciddi problemlər qaçılmaz olacaq. Xankəndində bir çox binalar boşdur. Biz sosial problemləri həll etməliyik. Amma bu bizim gücümüz daxilində deyil. Rəsmi İrəvan isə bizi meydanda tək qoyub.”.- deyə Babayan bildirib.

David Babayan etiraf edib ki, insanlar sosial problemlər və işsizlik üzündən Qarabağı tərk edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: