AVMVİB 25 illiklə bağlı yekun yığıncağını keçirdi

AVMVİB — nin 25 illiyi ilə əlaqədar Bakı, Sumqayıt və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildi. Tədbiri açıq elan edən AVMVİB sədri Füzuli Rzaquliyev bu yığıncağın yekun yığıncaq olduğunu bildirdi. Kimin AVMVİB-nin 25 illiyi ilə bağlı təklifi varsa versin. Əsrin dörddə birini çiyin-çiyinə addımladığımız bu yolda hər birinizə uğurlar arzu edirəm.

Müzakirələrdə AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, AVMVİB Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov, AVMVİB Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Sabunçu rayon şöbəsinin sədri Yavər Nuriyev, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov, AVMVİB Çilov şöbəsinin sədri Bayram Cəfərov və digər müharibə veteranları müzakirələrdə konkret təkliflərlə çıxışlar etdilər.

Yekun olaraq, tədbir 18 sentyabr 2019- cu ildə Xırdalan şəhərində H. Əliyev Mərkəzində keçirilməsi qərara alındı. Tədbir saat 12:00-da öz işinə başlayacaq.

Tədbir öncəsi Şəhidlər və Fəxri Xiyabanlar ziyarət ediləcək və əklillər qoyulacaqdır.

Bir daha deyirik: «25 yaşın mübarək olsun, AVMVİB!»

Elnur Səlim

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •