19.04.2024

İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi

Raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb

İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib.

İstiPress-in məlumatına görə, şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb.

Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb.

Ehtimal edilir ki, kompleksin raketləri hələ Türkiyəyə çatdırılmayıb və daha sonrakı mərhələdə gətiriləcək. /İstiPress/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: