Zərif bu dəfə Süleymaninin ailəsindən üzr istədi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qasım Süleymani haqqında dediklərinə görə, onun ailəsindən üzr istəyib.
Zərif bu barədə İnstaqram səhifəsində yazıb.
«Vurğulamaq istəyirəm ki, mənim sözlərim general Süleymaninin böyüklüyünü və İranda, regionda və dünyada təhlükəsizliyin bərpa olunmasında onun əvəzsiz rolunu əsla azaltmır. Ümid edirəm ki, İran xalqı, general Süleymaninin bütün pərəstişkarları və xüsusilə yaxınları məni bağışlayacaqlar», — o bildirib.
Qeyd edək ki, Zərifin iranlı iqtisadçı ilə müsahibəsinin səs yazısı yayılıb. Səs yazısında Zərif Qüds briqadasının qətlə yetirilən rəhbəri Qasım Süleymaninin ona mane olduğunu, Rusiyanın nüvə razılaşmasını pozmağa çalışdığını, Kerrinin ona İsrail hücumları barədə məlumat verdiyini bildirir.