21.11.2024

“Ağır toplar və tanklar işə düşüb, ölən və yaralananlar var”

“Bu da bəzilərinin bizə sırımağa çalışdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı… Qurumun iki üzvü – Tackistanın və Qırğızıstanın hərbçiləri sərhəddə bir-birlərini qırırlar, ağır toplar və tanklar işə düşüb, ölən və yaralananlar var. Bu durum Rusiyanın imicinə ciddi zərbədir”.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, Moskva münaqişəyə qarışmaq istəmir, ancaq səssiz qalması Kremlin fomalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mənasız qurum olduğunu əyani göstərir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: