21.11.2024

Ərdoğan NATO baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

  Ərdoğan-Stoltenberq telefon danışığında Egey, Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstandakı məsələlər və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna böhranı dəyərləndirilib.

  Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egeydə və Şərqi Aralıq dənizində «sakit havanın» hökm sürdüyünü söyləyib.  

Türkiyə Prezidenti Liviyadakı yeni hökumətə müdafiə və təhlükəsizlik sektorunda dəstək verilməsi lazım olduğunu ifadə edərək, Türkiyənin imzaladığı saziş çərçivəsində bu istiqamətdə töhfə verdiyini qeyd edib.   Ərdoğan Əfqanıstana dəstəyin NATO-nun imkan və qabiliyyətlərindən də istifadə etməklə ən təsirli şəkildə davam etdirilməli olduğunu bildirib.   Prezident Ərdoğan Rusiya-Ukrayna böhranının Ukraynanın ərazi bütövlüyü və Minsk sazişləri əsasında danışıqlar yolu ilə həll edilməli olduğunu qeyd edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: