22.11.2024

Erməni Rusiyada “bura bizim torpaqdır” dedi və… — Video

Kuzbasın mərkəzində (Rusiya Federasiyasının Kemerovo vilayəti – red.) iki polis əməkdaşının əhatəsində erməninin etdiyi gülünc hərəkətlər sosial şəbəkələrin hitinə çevrilib.

Axar.az xəbər verir ki, erməni əsilli Kuzbas sakini polis əməkdaşları ilə yaranmış mübahisənin gedişi zamanı qeyri-etik sözlərdən istifadə edib. Bununla yanaşı, o polislərə üz tutaraq “Siz məni “qədim erməni torpağında” saxlamısız” deyib:

«Burada nə axtarırsız? Burada nə gəzirsiz? Bu, erməni torpağıdır. Bütün bu ərazi bizə — ermənilərə məxsusdur», — deyə o bildirib.

Kuzbasdan olan erməninin bu sözləri Rusiyanın sosial şəbəkələrində hazırda ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: