MN: Vətən müharibəsində 28 hərbçi itkin düşmüş sayılır — SİYAHI

Müdafiə Nazirliyi (MN) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 28 hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.
MN-dən APA-ya verilən məlumata görə, şəxsiyyəti müəyyən olunmayan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan martın 2-dək dəfn edilən 2881 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.
P.S. Məlumatlar 2 mart 2021-ci ilədək olan dövrə aiddir. Ay ərzində nəşi tapılan şəhidlərimiz var. Siyahıda 2-ci olan Təbriz Cəfərovun nəşi bu günlərdə torpağa verilib. Allah rəhmət eləsin!


