Tələbələrin mənəvi anası hesab olunan rektor
Nurlana Əliyeva həyatını təhsilin inkişafına, gənc nəslin savadlı, təhsilli, hərtərəfli dünyagörüşə malik, vətənpərvərlik və Azərbaycançılıq ruhunda yetişməsinə həsr etmiş görkəmli alimlərimizdəndir. Həyatının mənasını vətənə xidmət etməkdə görən, yeni nəslinin savadlı və yüksək intellekttə sahib ziyalı kimi yetişməsində əvəzsiz rolu olan Nurlana xanımın həmkarlarının və tələbələrinin arasında əsil bir pedaqoq kimi böyük nüfüzu vardır.
BSU-nun rektoru, profesor Nurlana Əliyevanı tələbələrin arasında daim görmək olar. Bu da içində boy göstərən xarakterinin bitkinliyindən, mənəviyyatının saflığından, qəlbinin təmizliyindən və tələbələrə olan analıq sevgisindən irəli gəlir.
Bacarıqlı təhsil təşkilatçısı, tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, «Azərbaycan Respublikasının əməkdar müəllimi» fəxri adını almlş professor Nurlana Əliyeva 26 il rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Kollecinində minlərlə gəncin yetişməsində böyük əməyi olub.
Yüksək təşkilatçılıq bacarığı ilə seçilən bu ziyalı xanım iki dəfə (1998 və 2003-cü illərdə) ölkəmizdə keçirilən prezident seçkilərində Ulu öndər Heydər Əliyevin vəkili olub və bütün təbliğat işlərində öndə gedib. Ulu öndər Heydər Əliyev həmişə ona böyük etimad göstərib.
Nurlana Əliyeva Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox işlər görmüşdür. O həmçinin, bir vətənpərvər təhsil təşkilatçısı kimi işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə pedaqoji təcrübəyə daha uzun müddətə və daha çox tələbə göndərən rektor kimi bir ilkə imza atıb.
Ulu öndərin siyasətin uğurla davam etdirən Prezident İlham Əliyev təhsil fədaisi olan Nurlana xanımı BSU-ya rektor təyin edib.
O, rektor olduğu müddətdə universitetdə ab-hava kökündən dəyişib, tədrisin keyfiyyəti yüksəldilib, təlim-tərbiyə işi yüksək səviyyədə qurulub. Nurlana xanım rektor olduqdan sonra universitet əsaslı şəkildə, müasir standartlara uyğun səviyyədə təmir olunub.
Yüksək bal toplayan abituriyentlərin hansı universiteti seçməsi həmin məktəbin Azərbaycan ali məktəbləri sırasındakı mövqeyindən, cəmiyyətdəki imicindən asılıdır.Neçə illər əvvəl universitetə 200 bal toplayıb qəbul ola bilirdilər.İdi isə 300-dən artıq bal toplayan abituriyentlər qəbul olunur. 400-500 və 500-600 arası bal toplayan tələbələrin sayı əvvəlki illərə nisbətən yüksəlib. 600-dən artıq bal toplayan tələbələr də var.
Nurlana xanım 26 il Azərbaycan Dövlət Pedaqoji Kollecinində tələbələrə göstərdiyi qayğını artıq 3 ildir Bakı Slavyan Universitetində davm etdirir.Ehtiyacı olan ailələrin təhsil haqlarının ödənilməsinə yardım edir.
Nurlana xanımın şəhid ailələrinin və müharibə əlilərinin övladlarına və məcburi köçkün düşmüş tələbələrə, xüsusi qayğı və diqqət göstərir.
Univeristetdə ikinci təhsil alan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü, ehtiyatda olan kapitan, ikinci qrup əlil Azər Bayramov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Səhətinə görə ordudan tərxis olunduqdan sonra, ikinci təhsil almaq qərarına gəlib. Bir neçə universitetə müraciət edib. Sonda Bakı Slavyan Universitetində təhsil almağı qətiləşdirib. Ehtiyatda olan kapitanı bura cəlb edən əslində, veteran olduguna görə, universitet rəhbərliyinin ona xüsusi diqqət və qayğı ilə yanaşması olub.
Azər Bayramovun sözləri ilə desək, Nurlana xanım nəinki şəhid ailələrinin və müharibə əlillərinin övladlarına bütün tələbələrə ana qayğısı ilə yanaşır. O bu addımı qaraguruhçuların xoşuna gəlməmək üçün deyil, əslində humanist bir rektor, qayğıkeş bir ana kimi atır.Onu belə humanistliyi və bacarığı çoxlarının xoşuna gəlmir. Bacarıqlı rektorlarımızdan biri olan Nurlana Əliyevaya qara yaxmağa çalışırlar.Mən bir hərbi xidmət əlili kimi bu insanların hərəkətlərin pisləyirəm.
Peşələri təmiz adamlara qara yaxmaq olan, hər şeydə qara axtaran şəxslər Nurlana xanımın bütün bu nailiyyətlərinə ləkə salmaq istəyirlər. Kimlərinsə himayəsi, tapşırığı ilə heç bir reallığı əks etdirməyən, qarayaxma kampaniyasına başlayıblar.
Bu işə himayədarlıq edənlər bilməlidirlər ki, heç bir qüvvə humanist bu xanımı öz yolundan döndərə bilmiyəcək.İnanırıq ki, belə böhtanlar, qarayaxmalar dəyərli xanım rektoru öz yolundan çəkindirməyəcək.
Nurlan Məmmədli