Türk Ordusu xeyli sayda düşməni məhv edib
Türkiyə Silahlı Qüvvələri «Sülh çeşməsi» antiterror əməliyyatının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının 11 üzvünü zərərsizləşdirib.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
«PKK/YPG terror təşkilatının «Sülh çeşməsi» bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq cəhdinin qarşısı alındı.
Komandolar Türkiyə Ordusuna hücum etməyə cəhd göstərən 11 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Terror təşkilatının «Sülh çeşməsi» bölgəsindəki barışı və təhlükəsizliyi pozmasına icazə verməmişik və bundan sonra da verməyəcəyik.
Komandolarımız bölgədə hər cür tədbirləri görür», — nazirliyin paylaşımında qeyd edilib.