Makronun etirafı: Türkiyə böyük gücdür
Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sferasında Avropanın vacib tərəfdaşı sayır.
Veteran.az Axar.az -a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O, Türkiyə rəhbərliyi tərəfindən münasibətlərin normallaşdırılması üçün siqnallar gördüyünü bildirib:
“AB sülh istəyirsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır. Bunun üçün biz Rusiya və Türkiyə ilə uzun müddətli perspektivdə dialoq qurmalıyıq. Ona görə ki, bunlar böyük güclərdir”.