“20 dəqiqəyə Moskvanı vura bilər” – Rusiyanı dayandıracaq silah
ABŞ Hərbi Hava Qüvvələrinin B-52H “Stratofortress” strateji bombardmançısından atılan hipersəsli qanadlı raket (AGM-183A ARRW) 20 dəqiqədən az müddətdə Moskvaya zərbə endirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “Daily Express” yazıb.
Nəşr adıçəkilən raketin yaxın vaxtlarda ABŞ-da sınaqdan keçiriləcəyini bildirib.
Raketlərin 10-12 dəqiqədə 1600 kilometrdən çox məsafəni qət edə bilcəyi iddia olunur.
ABŞ-ın “Lockheed Martin “ şirkəti ilk dəfə ötən ilin mart ayında “AGM-183A ARRW”-nin görüntüsünü yayımlayıb.
“B-52H Stratofortress” ilk uçuşunu 2019-cu ilin iyun ayında “AGM-183A ARRW” hipersəs aeroballistik raketlə edib.