Tramp Baydenin prezidentliyinin ilk ayını sərt tənqid etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydenin ölkə rəhbərliyindəki ilk ayını tənqid edib.
Bu barədə “The Hill” məlumat yayıb.
“Biz hamımız bilirdik ki, Bayden administrasiyası yaxşı olmayacaq. Ancaq bu qədər pis olacağını da təsəvvür etmirdik”, — deyə D.Tramp bildirib.
Donald Tramp pandemiya, miqrantlar, ticarət, transgenderlərin hüquqları mövzusu ətrafında danışıb.
O qeyd edib ki, Bayden administrasiyası iş yerləri, ailə, sərhəd, energetika, qadınlar və elmə qarşıdır.(oxu.az)